13.09.2019

Məktəblərdə iməcilik keçirilib

Sentyabrın 13-də Abşeron Rayon Təhsil Şöbəsini tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində iməcilik keçirilib. İməcilikdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və texniki işçi heyəti, şagirdlər iştirak ediblər.

“Bilik günü”nə hazırlıq məqsədilə keçirilən iməcilikdə məktəblərin həyatyanı sahəsi təmizlənib, ağacların dibi bellənib, gövdələri və səki kənarları ağardılıb, yeni ağaclar və gül kolları əkilib. Həmçinin sinif otaqları səliqəyə salınaraq, yeni dərs ili üçün tam hazır vəziyyətə gətirilib.

 


Açar sözlər: ,