17.09.2019

 “Məktəblinin dostu” Abşeronda

Sentyabrın 16-dan etibarən Abşeron rayonu üzrə iki təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayıb. Xırdalan şəhər 2 və 9 nömrəli tam ora məktəblərdə həyata keçirilən layihənin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

“Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 


Açar sözlər: ,  ,