18.09.2019

“Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində görüş keçirilib

Sentyabrın 18-də “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayon Təhsil Şöbəsində maarifləndirmə və təbliğat xarakterli görüş keçirilib.

Görüş zamanı «Azərbaycan  Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»ndan irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində digər icraçı qurumlarla, o cümlədən Təhsil Nazirliyi, onun struktur qurumları ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, qarşıya qoyulmuş vəzifələrin həlli yolları müəyyənləşdirilib.

Görüş ərəfəsində Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, “Diqqət, uşaqlar” aylığı çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi tərəfindən şagird və valideyinlərin diqqətinə çatdırılması üçün hazırlanmış yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş posterlər təhsil işçilərinə təqdim olunub.

Qeyd edək ki, respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı cari ilin oktyabr ayının 15-dək keçiriləcək.

 


Açar sözlər: ,  ,