16.09.2019

2019-2020-ci tədirs ilinin "İlk zəngi" çalınıb

Yeni tədris ilində Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 59886 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Birinci sinfə gedəcək 7068 şagirddən 6579 nəfər Azərbaycan bölməsi, 489 nəfər isə rus bölməsində təhsil alacaq.

2019-2020-ci tədris ili üçün rayon ümumtəhsil məktəblərində IX sinifdə 4328 şagird, XI sinifdə isə 2425 şagird oxuyacaq.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

Qeyd edək ki, Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində 40 tam orta, 1 ümumi orta və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

 


Açar sözlər: ,  ,