21.09.2019

Rayon məktəblərində Beynəlxalq Sülh  Günü qeyd edilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri təşkil edilib.

Silsilə tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaqdır.

Tədbirlərdə Beynəlxalq Sülh Günü ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Vurğulanıb ki, 21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də bu gün bütün planet insanları üçün çox vacibdir.


Açar sözlər: ,  ,  ,