14.10.2019

"Diqqət, uşaqlar!" aylığına yekun vurulub

Oktyabrın 14-də Masazır kənd 5 nömrəli tam orta məktəbdə Diqqət, uşaqlar!" adlı təhlükəsizlik aylığının yekunu ilə əlaqədar tədbir keçirilib.

Məktəbin direktoru Səlim Məmmədov çıxış edərək sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirildiyini bildirib. Qeyd edib ki, aylığın keçirilməsinin əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Təhsil şöbəsinin əməkdaşı Aslan Həziyev aylıq çərçivəsində məktəblərdə görlən işlərdən, keçirilən tədbirlərdən danışıb.

Tədbirdə çıxış edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıb, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini qeyd edib.

Diskusiya şəraitində keçən görüşdə şagirdlərin sualları cavablandırılıb, onların yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı bilikləri yoxlanılıb.


Açar sözlər: ,  ,  ,