11.10.2019

Mülki müdafiə kursları keçirilib

7-11 oktyabr Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimlərimülki müdafiə kurslarında iştirak ediblər.

Kurslarda əhalinin baş vermiş və ya  baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Kurslarda dinləyicilərə SRM-in Xüsusi xilasetmə hissəsinin texnikaları və avadanlıqları nümayiş olunaraq, onların iş prinsipi haqqında dərslər keçirilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.


Açar sözlər: ,  ,