22.10.2019

"FAB Boya və Kimya Sənayesi”MMC-ə ekskursiya ediblər

 

Oktyabrın 21-də Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-ə ekskursiya ediblər.

Burada şagirdlərə “FAB Boya və Kimya Sənayesi”MMC-nin istehsal sahələri və istehsalatda tətbiq edilən texnoloji yeniliklər haqqında məlumatlar verilib. Şagirdlər məhsulların hazırlanma prosesini, sınaq təcrübələrini izləyiblər. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş olunub. Şagirdlər ekskursiya ilə bağlı təəssüratlarını bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.

Ekskursiyanın sonunda şirkət adından şagirdlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,