02.11.2019

“Fövqəladə hallar uşaqların gözü ilə”

Noyabrın 2-də “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq–yaradıcılıq müsabiqəsinin rayon mərhələsinə yekun vurulub. Tədbir abşeron Rayon Təhsil Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Abşeron rayonunun Uşaq Gənclər İnkişaf Mərkəzində rayon məktəblilərinin “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq-yaradıcılıq müsabiqəsinə hazırladığı işlərə baxış keçirilib. Müsabiqədə rayonun 40 məktəbinin istedadlı şagirdləri rəsmlər, plakatlar, əl işləri, yanğın, qəza-xilasetmə texnikasının modelləri və yumşaq oyuncaqlar təqdim ediblər. Təqdim olunan nümunələri münsiflər heyəti qiymətləndirib.

Müsabiqəyə təqdim olunmuş 300-ə yaxın işin içərisindən ən yaxşıları seçilərək “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinə təqdim olunub.

Tədbirin keçirilməsində məqsəd Fövqəladə Hallar və Təhsil Nazirlikləri tərəfindən istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərilməsi, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin öyrədilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşaqlar və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltməkdir.


Açar sözlər: ,  ,