09.11.2019

Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərin keçirilməsində məqsəd şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək olub. Məktəblərdə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,  ,