13.11.2019

Şagirdlərimiz Qəbələyə yola düşüblər

Noyabrın 13-də “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən şagirdlər respublikanın qərb bölgəsinə səfərə çıxıblar.

Abşeronda fəaliyyət göstərən bütün məktəbləri təmsil edən 40 şagird Xırdalandakı Heydər Əliyev parkından ölkəmizin səfalı bölgəsi Qəbələyə yola düşüblər. Dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edəcək şagirdlər bu rayonların tarixi abidələri ilə tanış olacaq, səfalı yerləri gəzəcək, adət-ənənələri öyrənəcək və yeni dostlar qazanacaqlar.

Yola salma mərasimində iştirak edən icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova şagirdlərə xoş istirahət arzulayıblar.


Açar sözlər: ,