14.11.2019

Çörək zavoduna ekskursiya

Noyabrın 14-də Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri 1 nömrəli çörək zavodununa ekskursiya ediblər. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və müxtəlif peşə şahələri haqqında məlumatlandırmaq olub.

Eksursiya zamanı şagirdlərə zavodun fəaliyyəti, tətbiq edilən müasir texnologiyalar və avadanlıqlar, məhsul çeşidləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, zavodda müasir və ən son alman texnologiyasına əsaslanan bişirilmə üsullarından istifadə olunur. Zavodda quraşdırılan müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Burada beş çörək istehsal xətti, qablaşdırma xətləri, xammalın qablaşdırılması və avtomatik qoruyucusu olan anbar dəstək sistemləri quraşdırılıb.

Şagirdlər sanitar-gigiyenik normalara və yüksək keyfiyyət standartlarına cavab verən istehsalat prosesləri ilə tanış olub, burada hazırlanan çörək və un məmulatlarının nümunələrinə baxıblar.

Ekskursiyanın sonunda şagirdlərə hədiyyə paketləri təqdim olunub.


Açar sözlər: ,  ,