15.11.2019

“Qarabağ Azərbaycandır!”

Noyabrın 15-də Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və qonaqlar iştirak ediblər.

Tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Fikrət Balakişiyev belə tədbirlərin keçirilməsində əsas məqsədin şagirdləri vətənpərvərlik ruhunda böyütmək, tarix boyu xalqımızın başına gələn müsibətlər haqqında məlumatlandırmaq və gələcək nəsilə vətənə sevgi hissini aşılamaq olduğunu bildirib.

Təhsil şöbəsinin əməkdaşı Emin Carçıyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən söz açıb.

Aprel döyüşləri zamanı şəhid olmuş Cavid Dədəkişiyevin atasi Gülbaba Dədəkişiyev, Aprel döyüşləri qazisi Hikmət Məmmədov çıxışlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın şərəfli döyüş yolundan geniş bəhs ediblər.

Tədbirin sonunda şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla çıxış ediblər.


Açar sözlər: ,  ,