23.11.2019

"Xəmsə" intellektual oyununun rayon mərhələsi keçirilib

Noyabrın 23-də “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd Yeniyetmələr arasında keçiriləcək “Xəmsə” Milli İntellektual oyunu üzrə VII Azərbaycan çempionatının zona mərhələsində iştirak edəcək komandanın tərkibini müəyyən etmək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil etmək, yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdır.

Əvvəlcədən müəyyən olunmuş püşkatmaya əsasən komandalar qruplarda mübarizə aparıblar və qruplarda 1-ci yeri tutan komandalar finalda qarşılaşıblar. Ümumilikdə turnirdə 33 komanda qüvvəsini sınayıb.

Yarışın yekununda Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci, Masazır kənd 1 nömrəli tam orta məktəbin komandası isə ikinci yeri qazanıblar.

Sonda qalib komandalar Abşeron Rayon Gənclər və İdman İdarəsinin medal və diplom ilə təltif ediliblər.

Rayon seçim turunun qalibləri bu ayın 29-da Sumqayıt şəhərində keçiriləcək zona yarışına vəsiqə qazanıblar.


Açar sözlər: ,  ,  ,