25.11.2019

Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü

Noyabrın 25-də Mehdiabad qəsəbə 5 nömrəli tamorta məktəbdə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar "dəyirmi masa" keçirilib. Tədbirdə məktəbin müəllim kollektvi və şagirdlər iştirak ediblər.

Bildirilib ki, məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun qəbul edilib.  Çıxışçılar həmçinin zorakılığın əsas səbəblərindən biri olan erkən və məcburi nikahdan haqqında da bəhs ediblər.

Baş verən neqativ hallar, bununla mübarizə üsulları barədə ətraflı danışılaraq zorakılıqla mübarizədə qadınların təhsil və dünyagörüşünün olmasının əhəmiyyətini diqqətə çatdırılıb.

Tədbirin sonunda şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,