27.11.2019

“Bir ovuc təbəssüm, bir dünya işıq”

Noyabrın 27-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə uşaq hüquqları ilə əlaqədar “Bir ovuc təbəssüm, bir dünya işıq” adlı tədbir keçirilib.

Məktəbin direktoru Ədalət Şükürova çıxış edərək bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.

Çıxışçılar təhsilin, elmin uşaqların həyatında böyük rol oynadığını, gənc nəslin formalaşmasında bu cür maarifləndirici tədbirlərin mühüm əhəmiyyətini diqqətə çatdırıblar.

Məktəbin üçüncü sinif şagirdləri tərəfindən hazırlanan tədbir ədəbi-bədii hissə ilə davam edib.


Açar sözlər: ,  ,  ,