28.11.2019

Qala Arxeoloji-Etnoqrafik Muzeyə ekskursiya ediblər.

Noyabrın 28-də Saray qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzeyə ekskursiya ediblər. Ekskursiyanın əsas məqsədi şagirdləri vətənpərvərlik ruhunda yetişdirmək, onlara Azərbaycan tarixinin dərindən öyrətmək olub.

Ekskursiya zamanı şagirdlərə məlumat verilib ki, muzey kompleksi ərazisində ölkəmizə, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Qoruğun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır.

Muzey kompleksinin ölkəmizdə yeganə etno-turizm obyekti olduğu da şagirdlərin diqqətinə çatdırılıb.

Bundan əlavə, şagirdlərə Abşeron yarımadasında aşkar edilmiş arxeoloji-memarlıq abidələri haqqında geniş məlumat verilib və onların sualları cavablandırılıb.


Açar sözlər: ,