30.11.2019

Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilib.

Noyabrın 30-da Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilib.

9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan marağının artırılması məqsədilə keçirilən Olimpiadada şagirdlər müvafiq fənlər üzrə test tapşırıqlarını yerinə yetiriblər. Testlərin nəticələri fənn müəllimləri tərəfindən yoxlanıldıqdan sonra məktəb rəhbərliyinə təhvil verilib. Məktəb turunu uğurla başa vuran şagirdlər rayon turunda iştirak etmək hüququ qazanıblar.


Açar sözlər: ,  ,  ,