30.11.2019

Ümumdünya QİÇS-lə mübarizə günü

Noyabrın 30-da Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Asəf Bayramov çıxış edərək QİÇS xəstəliyi və narkomaniya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyi qeyd edib.

Daha sonra  mövzu ilə əlaqəli videoçaxr nümayiş olunub.

Sonda şagirdlər şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər.


Açar sözlər: ,  ,