09.12.2019

Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edilib 

Dekabrın 9-da Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Ədalət Camalova C.Cabbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olmasından, Azərbaycan ədəbiyyatı tarixində bir epoxanı əks etdirməsindən bəhs edib.

Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən qısa sənədli filmin nümayişindən sonra məktəbin şagirdləri ədibin "Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına”, "Oxu bülbül”, "Məhəbbət aləmi qəmdir”, "Tellər oynadı”, "Azad bir quşdum”, "Dan ulduzu” və digər şeirlərini söyləyib, əsərlərindən parçalar səhnələşdiriblər.


Açar sözlər: ,  ,  ,