11.12.2019

"Mütaliə və biz"

Dekabrın 11-də Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə "Mütaliə və biz" adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərdə kitab oxumağa həvəs yaratmaq, onlarda mütaliə mədəniyyəti formalaşdırmaq olub.

Beşinci sinif şagirdləri Dünya Uşaq Ədəbiyyatının görkəmli nümayəndəsi Astrid Lindqrenin 2 məşhur əsəri "Uzuncorab Peppi" və "Balaca və Karlson "u müzakirə ediblər.


Açar sözlər: ,  ,  ,