10.12.2019

İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, İsmayıl Şıxlının oğlu Elçin Şıxlı, təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Qonaqlar İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirilib.  Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçildiyini diqqətə çatdırılıb.

Daha sonra şagidlər yazıçının əsərləri əsasında hazırladıqları kiçik tamaşaları təqdim ediblər.


Açar sözlər: ,  ,  ,