17.12.2019

Şagirdlər Ulduz Şokolad Fabrikində ekskursiyada olublar

Dekabrın 17-də Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri Ulduz Şokolad Fabrikində ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli keçirtmək, onlarda müxtəlif peşə sahələrinə maraq yatarmaq və onları şokoladların istehsal prosesi ilə tanış etmək olub.

Ekskursiya zamanı fabrikdə şagirdlərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərilib. Daha sonra fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradıblar.

Ekskursiyanən sonunda şagirdlərin sualları cavablandırılıb və onlara fabrikinin məhsulları hədiyyə olunub.


Açar sözlər: ,