20.12.2019

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Dekabrın 17-də V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

2018-2019-cu tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən Fənn Müsabiqələrində Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xasay Seyfullalı informatika fənni üzrə I yer tutub.

Mükafatlandırma mərasimində “V Məktəblilərarası Fənn Müsabiqələri”ndə şagirdləri yüksək nəticə göstərdiyinə görə Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin informatika müəllimi Humay Allahverdiyeva təşəkkürnamə ilə təltif olunub.


Açar sözlər: ,  ,