28.12.2019

Şagirdimiz təltif olunub  

Masazır kənd 1 nömrəli tam orta məktəbin şagirdi Əhmədova Zəhra “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsi çərçivəsində çəkdiriyi rəsmə görə diplomla təltif olunub.

Məlumat üçün qeyd edək ki, müsabiqəyə ölkəmizin əksər regionlarından 1200-dən çox uşaq və yeniyetmə virtual qaydada 2000-dən çox əsər təqdim edib.

Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil edilib.

Müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb.


Açar sözlər: ,  ,