27.12.2019

Şagirdlərimiz mükafatlandırılıb

Dekabrın 27-də Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qış Elm Festivalı” keçirilib.

Festivala Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, layihədə iştirak edən məktəblərin direktorları qatılıb.

Bakı şəhəri, Sumqayıt və Abşerondan ümumilikdə 23 orta məktəbin qatıldığı festivalda pedaqoji və riyaziyyat kateqoriyası üzrə təqdim olunan layihələrdə Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Əsədli Rahidə Aftandil qızı və Xanlarov Əziz Babək oğlunun təqdim etdikləri "Cauchy Schwarz Bunyakowsi" layihəsi və Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Cəfərov Ayxan və İmanquliyev Rövşənin layihəsi I yerə layiq görülüb.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, şagirdlərdə elmə qarşı maraq yaratmaqdır


Açar sözlər: ,  ,  ,