24.12.2019

"Şirvanşahlar Sarayı Kompleksin"ə ekskursiya

Dekabrın 24-də Digah qəsəbə tam orta məktəbin şagirdləri “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq-Muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı şagirdlərə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi”nin tarixi haqqında ətraflı məlumat verilib. Şagirdlər kompleksi gəzərək tarixi-memarlıq abidəsi ilə yaxından tanış olublar.


Açar sözlər: ,