25.12.2019

Məktəbli  rəssamlar arasında İllustrasiya yarışması

Dekabrın 25-də Abşeron Rayon Təhsil Şöbəsi və Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin birgə təşkilatçılığı ilə Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan məktəbli rəssamlar arasında İllustrasiya yarışması keçirilib.

Yarışmada 20 şagird iştirak edib. Yarışmanın şərtlərinə əsasən şagirdlər Xalq şairi Nəbi Xəzrinin “Danışan əllər” şeirinə illustrasiya çəkiblər. Çəkilən illustrasiyalar münsiflər heytəti tərəfindən qiymətləndirilib, 5 əl işi mükafata layiq görülüb.


Açar sözlər: ,  ,  ,