29.12.2019

Təhsil Şurasının növbəti iclası keçirilib

Dekabrın 29-da Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda təhsil şöbəsini rəhbərliyi və əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

İclasda IV, V və IX siniflərdə şagirdlərin tədris dili, xarici dil və riyaziyyat üzrə bilik və bacarıqlarının montorinqinin nəticələri haqqında arayış,  ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi ilə bağlı görülmüş işlər barədə hesabat, rayonun ümumitəhsil müəssisərində məktəbəhazırlıq və I siniflərə şagird qəbulunun yoxlanılmasına dair arayış və cari məsələlər müzakirə olunub.

Sonda məktəb direktorını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,