10.01.2020

Xalq Rəssamı Arif Hüseynovla görüş keçirilib

Yanvarın 10-da Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə Xalq Rəssamı Arif Hüseynovla görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllimlər və məktəbin rəsm dərnəyinin şagirdləri iştirak ediblər. Əvvəlcə Xalq rəssamı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Məktəbin direktoru Cinarə Atayeva Arif Hüseynovun həyat və yaradıcılığı baərdə məlumat verib. Qeyd olunub ki, Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, uğurla həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrinə illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir.

Arif Hüseynov təşkil edilən görüş üçün minnətdarılğını bildirib və şagirdləri maraqlandıran sualları cavablandırırb.

Sonda Xalq rəssamının imzalı kitabı şagirdlərə təqdim edilib.

 


Açar sözlər: ,  ,