12.01.2020

Respublika fənn olimpiadalarının Abşeron rayonu üzrə birinci mərhələsi keçirilib

Yanvarın 12-də Respublika fənn olimpiadalarının Abşeron rayonu üzrə birinci mərhələsi keçirilib.

Bilik yarışının ilkin mərhələsində rayon üzrə təxminən 1300 şagird iştirak edib.

Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.