21.01.2020

Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər 

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə təhsil şöbəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

Həmçinin, rayonun qəsəbə və kənd məktəblərinin şagird və müəllim kollektivlərinin 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarətləri təşkil olunub