07.02.2020

Mübariz İbrahimovun xatirəsi anılıb  

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Anım tədbirdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Şagirdlər qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,