10.02.2020

“Ordu Quruculuğu və Heydər Əliyev” mövzusunda seminar keçirilib

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə “Ordu Quruculuğu və Heydər Əliyev” mövzusunda seminar keçirilib. Seminar məktəbin hərbi müəllimi ehtiyyat da olan polkovnik leytenant Elmar Hüseynov  tərəfindən təşkil olunub.

Seminarda şagirdlərə Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Seminarın sonunda şagirdləri maraqlandəran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,