11.02.2020

Buraxılış fənləri üzrə monitorinq keçirilib

Fevralın 11-də Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə IX sinif şagirdlərinin buraxılış fənləri üzrə monitorinqi keçirilib. Monitorinq kompüter vasitəsilə aparılıb. Şagirdlər ümumilikdə 90 sual cavablandırıblar. Monitorinqin sonunda nəticələr dərhal ekranda göstərilib.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin inkişaf dinamikasını izləməkdir. Şagirdlərin göstərdikləri nəticələr əsasında onların təlim fəaliyyətləri ardıcıl və sistemli şəkildə qiymətləndiriləcək, nəticələr təhlil olunacaq və məktəb rəhbəriyi tərəfindən müvafiq qərarlar qəbul ediləcəkdir.


Açar sözlər: ,