12.02.2020

Xüsusi siniflərdə səviyyə müəyyənləşdirmə imtahanı keçirilib

Fevralın 12-də Xırdalan şəhər 2 və 9 nömrəli tam orta məktəblərdə istedadlı şagirdlər üçün təşkil edilmiş xüsusi siniflərdə səviyyə müəyyən etmə imtahanı keçirilib. İmtahan VII sinifdə riyaziyyat və informatika, VIII sinifdə isə fizika, kimya, biologiya fənləri üzrə olub.

İmtahanda riyaziyyat-informatika təmayüllü sinfə riyaziyyat və informatika fənləri üzrə hər birindən 25 olmaqla 50, təbiət təmayüllü sinfə fizika, kimya, biologiya fənləri üzrə hər birindən 25 olmaqla 75 sual təqdim olunub. Birincilər 100, ikincilər 120 dəqiqə ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, bu siniflər Təhsil Nazirliyinin 13 sentyabr 2019-cu il tarixli F-556 nömrəli əmrinə əsasən istedadlı şagirdlər üçün səmərəli təhsil şəraitinin yaradılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.


Açar sözlər: ,