17.02.2020

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya

Fevralın 17-də Digah qəsəbə tam orta məktəbin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya ediblər.

Burada şagirdlərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeyin eksponatları, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ekspozisiya zallarında tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanılıb.

Ekskursiya zamanı şagirdlər klassiklərimizin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olub, ədəbiyyatımızın görkəmli nümayəndələri və onların əsərləri barədə məlumatlandırılıblar.


Açar sözlər: ,  ,