13.02.2020

Xalq Təhsili Muzeyinə ekskursiya

Fevralın 13-də Masazır kənd 2 nömrəli tam orta məktəbin müəllimləri Xalq Təhsili Muzeyini ziyarət ediblər.

Burada müəllimlərə muzeyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin zəngin fondu və kitabxanasında əsas və elmi-köməkçi fond daxil olmaqla minlərlə sənəd, neqativ, fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanıb. Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilib. Burada Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Azərbaycan təhsilinin təbliğində muzeyin fond materiallarından ekspozisiyada maksimum istifadə edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar aparılmasının, müxtəlif mövzularda səyyar və stasionar sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri, elmi konfrans və seminarların keçirilməsinin mühüm rolu vardır.

Ekskursiya zamanı müəlliməri maraqlandəran suallar cavablandırılıb.

 


Açar sözlər: ,  ,