18.02.2020

"Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə VIII siniflər arasında "Məktəblinin dostu" lahiyəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Məktəbin direktoru Ədalət Camalova komandalara uğurlar arzulayıb və bu cür intellektual yarışların keçirilməsinin vacibliyindən söz açıb.

Yarış iki hissədən ibarət təşkil edilib. Hər hissədə komandalara 12 sual verilib.

Sonda I, II, III yerlərin qaliblərinə diplom təqdim olunub.


Açar sözlər: ,  ,  ,