21.02.2020

21 fevral Beynəlxalq Ana dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Rayon məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, şeir müsabqələri, dəyirmi masalar təşkil edilib.

Təhsil şöbəsinin əməkdaşlarının, icra hakimiyyətinin nümayəndələrinin məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən və əhəmiyyətindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib.

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, aforizmlər, atalar sözləri, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,