20.02.2020

“Quşlar evsiz qalmasın” adlı ekoloji layihə keçirilib.

Fevralın 20-də Qobu qəsəbə 3 nömrəli tam  orta məktəbin şagirdləri “Quşlar evsiz qalmasın” adlı ekoloji layihə həyata keçiriblər. Layihə çərçivəsində məktəbin şagird və müəllim kollektivi quşlar üçün yuvalar hazırlayıblar. Hazırlanan yuvalar və yem qabları Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ağaclara asılıb, yem qablarına dən tökülüb.

Həmçinin şəhər sakinlərinə süni quş yuvalarının hazırlanması haqqında bukletlər paylanılıb. Yem qabları mütəmadi olaraq şagirdlər tərəfindən yoxlanılacaq, boş yem qabları doldurulacaq.

Qeyd edək ki, layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi ilə bağlı təbliğat işinin gücləndirilməsi, bu işdə şagirdlərin yaxından iştirakının təmin edilməsi, Abşeron rayonu ərazisində yerləşən parklar və bağlarda quşların qış aylarında sığınacaq və yemlə təmin olunmasıdır.


Açar sözlər: ,