18.02.2020

“İbtidai sinif” və “ Riyaziyyat-informatika” fənn aylığına yekun vurulub

Fevralın 18-də Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “İbtidai sinif” və “ Riyaziyyat-informatika” fənn aylığına yekun vurulub.

Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə təşkil olunan yekun tədbirdə təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, icra hakimiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində aylıq çərçivəsində şagirdlərin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra bir neçə müəllimin “Açıq dərs”i dinlənilib. Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhlil və müzakirələr aparılıb.

Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində fəaliyyətlərini yüksək dəyərləndirib, fənn aylıqlarının keçirilməsini əhəmiyyətindən danışıb.

Sonda aylıq ərzində fəallıq göstərmiş şagird və müəllimlərə fəxri fərmanlar, diplomlar təqdim edilib.


Açar sözlər: ,  ,