27.02.2020

Koronavirus xəstəliyinin profilaktikası məqsədilə maarifləndirici tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsini tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində koronavirus xəstəliyinin profilaktikası məqsədilə maarifləndirici tədbirlər keçirilib.

Görüşlərdə məktəb rəhbərliyi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, rayonun yerli poliklinika və ambulatoriyalarının əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edənlər ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyiblər.

Koronavirusun əlamətləri və qorunma üsullarından ətraflı danışılıb. Qeyd olunub ki, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılması olduqca önəmlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran çoxsayılı suallar həkimlər tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,  ,