19.06.2020

Məktəb rəhbərləri ilə virtual müşavirə

İyunun 19-da Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq mövzusunda müşavirə keçirilib. Virtual platforma üzərində keçirilən müşavirədə rayon ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova müşavirə iştirakçılarına 2019-2020-ci tədris ilində təhsil sahəsində əldə edilmiş nailiyyətlər haqqına məlumat verib, xüsusi karantin rejimi zaman görülən tədbirlərdən söz açıb. Müşavirədə həmçinin respublika fənn olimpiadalarının və buraxılış imtahanlarının nəticələri də müzakirə olunub.

Sonda məktəb rəhbərlərinin növbəti tədris ili ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,