29.04.2016

Təhsil ocaqlarında “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunur

 

  Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olundu.

  Dərslərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Tahsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev, Təhsil Problemləri inistutunun profesoru Ənvər Abbasov, böyük elmi işçisi Ceyhun Məmmədyarov, Veteranlar Şurasının sədir müavini Həsən Nemətov, Bakı şəhər Təhsil idarəsinin Gənclər cağrışa qəbulu hazırlığı üzrə metadist , ehtiyatda olan polkovnik leytenat Mürsəl Qurbanov, Bakı şəhər Elitar gimnaziyanın Gənclər cağrışa hazırlıq üzrə müəllimi  Vasif Quliyev, Bakı şəhər Veteranlar şurasının məsul  işçisi Qadir Haqverdiyev, Milli qəhrəman Zabit Quliyev, Rayon Ağsaqqalar Şurasının sədri  Nadir Ağayev,  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədrinin 1- ci müavini, Xırdalan şəhər 4 saylı tam orta məktəbin hərbi müəllimi Kamil Şirinov, Müdafiə Nazirliyinin əməkdaşları, ehtiyatda olan zabitlər, rayonun ümumi təhsil məktəblərinin direktorları və KİV nümayəndələri iştirak ediblər. 

Qonaqlar əvvəlcə  Xırdalan şəhər 2 saylı orta məktəbdə yenicə təmirdən çıxmış hərbi dərslərin keçirildiyi sinifə baxış keçiriblər. Bildirilib ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri rayonlar arasında ilk olaraq Abşeronda keçirilməsinə başlanılıb. 

  Abşeron haqqında məlumat verən rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova bildirib ki, hazırda rayon ərazisində 500 minə yaxın sakin yaşayır. Abşeronda fəaliyyət göstərən təhsil ocaqlarının hər birində milli vətənpərvərlik hisslərini aşılayan guşələrin yaradıldığını, Novxanı kəndindəki məktəbin Mehdi Hüseynzadənin adını daşıdığını vurğulayan başçı qeyd edib ki, açıq hərbi dərslərin və eləcə də hərbi vətənpərvərlik yarışlarının keçirilməsi uşaqlar arasında böyük ruh yüksəkliyi yaradır. 

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb.

  “Hərb tariximiz.

  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 3 saylı tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub. Dərslər interaktiv şəkildə və video roliklərin göstərilməsi ilə keçirilib. Şagirdlərə manqanın mövqeyinin mühəndis təminatı, onun əhəmiyyəti, manqa üçün səngər və onun elementləri, daldalanacaq, döyüş texnikaları üçün səngər, mina partlayış maneələri, tank və piyada əleyhinə mina sahələri izah olunub, mövzu ilə bağlı suallar cavablandırıldı.  Dərsdə mühəndis maneələrinin döyüşdə rolu, partlamayan, partlayan və kombinə mühəndis maneələri, tank və piyada əleyhinə minalar, minaların qurulması və maskalanması ilə bağlı məlumat verildi.

  Sonra Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil edildi. Tədbirin ikinci hissəsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, orta məktəblərdə tədris olunan bu dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir. O, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin dərslərin keyfiyyətinin artırılmasına zəmin yaratdığını qeyd etdi.

  Tədbir vətənpərvərlik ruhunda çıxışlarla başa çatdı.