05.12.2016

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ətraflı
05.12.2016

Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin məktəbinin 80 illik yubileyi qeyd olunub

Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin məktəbinin 80 illik yubileyi qeyd olunub. Yubiley tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin əməkdaşları, məktəbin məzunları və pedaqoji kollektiv iştirak edib.

Ətraflı
02.12.2016

"Abşeron" komandası 2 qızıl, 1 bürünc medal qazanıb

Abşeron məktəbliləri Taekvondo üzrə yeniyetmələr arasında Respublika birinciliyindən qalib qayıdıblar.

Ətraflı
02.12.2016

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.

Ətraflı
01.12.2016

Təhsil Şurasının növbəti iclası keçirilib

Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdə Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.

Ətraflı
30.11.2016

“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub

“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.

Ətraflı
29.11.2016

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.

Ətraflı
29.11.2016

Xırdalan şəhərinin 10 illiyi münasibətilə bayram tədbiri keçirilib

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Xırdalan şəhərinin 10 illiyi münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, Rayon Ağsaqqallar Şurasının nümayəndəsi,KİV-in nümayəndələri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Ətraflı
24.11.2016

“Çiçəkli bitkilərin əsas orqanları” mövzusunda nümunəvi dərs keçirilib

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Biologiya fənni üzrə “Çiçəkli bitkilərin əsas orqanları” mövzusunda nümunəvi dərs keçirilib.

Ətraflı
23.11.2016

Məktəblilər arasında XX Spartakiadanın şahmat yarışı başa çatıb

Abşeron Rayon Təhsil Şöbəsi və Abşeron Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında XX Spartakiadanın proqramına daxil olan şahmat idman növü üzrə yarış  keçirilib.

Ətraflı
23.11.2016

Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək

Noyabrın 23-də Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq. İmtahanlarda 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi iştirak edəcək.

Ətraflı
22.11.2016

"Uşaqları qoruyaq" adlı tədbir keçirilib

Abşeron rayon Mehdiabad qəsəbə  4 nömrəli tam orta məktəbdə "Uşaqları qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, KİV-in nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Ətraflı
22.11.2016

Diaqnostik qiymətləndirmə davam edir

Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 22-də davam etdirilib.

Ətraflı
21.11.2016

"Türk dünyası keçmişdən gələcəyə: mənəvi irsimiz və vəzifələrimiz"

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə “Türk dünyası keçmişdən gələcəyə: mənəvi irsimiz və vəzifələrimiz” mövzusunda dəyirmi masa keçirilib. Diskusiyada  məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Ətraflı
21.11.2016

Güləş üzrə respublika birinciliyi keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

Ətraflı