11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
28.06.2016

Abşeronda birinci beynəlxalq dolma festivalı keçiriləcək

Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək

Ətraflı
24.06.2016

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Suzan Cəmillə görüşüb

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan xanım Cəmillə görüşüb. Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova rayon haqqında ətraflı məlumat verib.

Ətraflı
20.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
16.06.2016

Abşeronda Milli Qurtuluş Günü qeyd olunub

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Xırdalan şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında böyük bayram tədbiri keçirilib

 

 

 

Ətraflı
16.06.2016

Abşeron rayon məktəblərində “Son Zəng” günü qeyd edilib

 Bu il Abşeron məktəblərində rayon üzrə 11 ci siniflərdə 1981 nəfər məzun olur. 9 cu siniflərdə isə 2894 nəfər mütəlif peşə ixtisas seçimi ilə bağlı təhsil ocağından ayrılır. RTŞ- nin proqnozlarına görə 6 min şagird 1 ci sinifə qədəm qoyacaq, 245 sinif açılacaq.

Ətraflı
16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Ətraflı
14.06.2016

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
10.06.2016

Təhsil ocağında “İrəli, Azərbaycan əsgəri” mövzusunda konsert keçirildi

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə “İrəli, Azərbaycan əsgəri” mövzusunda konsert proqramı kecirilib

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
08.06.2016

“ƏLVİDA BAĞÇA – SALAM MƏKTƏB”

Xırdalan şəhərində yerləşən 23 saylı körpələr evi- uşaq bağçası bu il “İlin bağça”sı seçilib. Fəaliyyətdə olduğu illər ərzində minlərlə uşaq bu bağçada tərbiyə almışdır. Bu il 50 uşaq bağçadan məktəbə yola salınacaqdır.Tədbirin təşkilatçısı İradə Nuriyeva idi.

 

 

08.06.2016

Qafqaz Universiteti məzunlarını yola saldı

Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 19-cu məzuniyyət proqramı keçirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkələrimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə tədbir açıq elan edilib.

 

 

02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı