Nazilə Teymur qızı Məmmədova

1965-ci ildə Bakı şəhərində anadan olub.

1982-ci  ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1987-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1987-1992-ci illərdə Bakı şəhər 242 nömrəli tam orta məktəbdə, 1992-2000-ci illərdə isə 32 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib.

2000-2004-ci illərdə 32 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-2017-ci illərdə 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2017-ci il tarixli 01-09-1514/16 saylı razılıq məktubu və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 11iyul 2017-ci il tarixli 66 saylı əmrinə əsasən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 4 övladı var.