1963-cü ildə rayonun digər təşkilatları ilə yanaşı Abşeron Rayon Maarif Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 38-ə çatmışdır. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 1869 sinif komplektində 41132 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 3983 nəfər müəllim məşğul olur. RTŞ nəzdində 4 məktəbdənkənar müəssisə və 26 uşaq bağçası fəaliyyət göstərir.

 

Abşeron Rayon Təhsil Şöbəsində vətəndaşların qəbul qaydaları