Abşeron Rayon Təhsil Şöbəsində vətəndaşların qəbul qaydaları

          Abşeron Rayon Təhsil Şöbəsində vətəndaşların qəbulu təhsil naziri Mikayıl Cabbarovun 19 fevral 2016-cı il tarixli  105 №-li əmrinə əsasən aparılır.

        Təhsil şöbəsinin rəhbərliyi vətəndaşların qəbulu üçün məsul vəzifəli şəxs təyin edib. Qəbula gəlmiş vətəndaşlar məsul vəzifəli şəxs tərəfindən dinlənilir və Təhsil Nazirliyinin Qəbul Portalında qeydiyyata alınır. Qəbul qrafikinə uyğun olaraq vətəndaşlar qəbula yazılır və məsul vəzifəli şəxs qəbul gününü və vaxtını onlara və onları qəbul edəcək şəxslərə bildirir.

        Rəhbərlik və vəzifəli şəxslər qəbulda olmuş vətəndaşların müraciətlərinin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün lazım olan digər tədbirlər görürlər.

Müraciətdə irəli sürülən məsələlərin həlli təhsil şöbəsinin səlahiyyətlərinə aid olmadıqda hara müraciət etmək lazım olunduğu vətəndaşlara izah edilir.

Vətəndaşlar qəbula şəxsən müraciət etməklə, yazılı formada (məktub, ərizə, elektron müraciət) və ya Abşeron Rayon Təhsil Şöbəsinin Telefon Məlumat Mərkəzinə (Tel: 342 29 06) zəng etməklə yazıla bilərlər.

        Qeyd edək ki, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzayev həftənin I, III və V günləri saat 15:00-18:00-da, müdir müavini və məsləhətçilər, o cümlədən Metodiki mərkəzin direktoru həftənin bütün günləri vətəndaşları qəbul edirlər.